İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni tərk edərək xaricdə yaşayan 9,5 milyon insanın geri qayıtmasının vacib olduğunu bildirib.
Zelenskinin sözlərinə görə, evlərini itirmiş və xarici ölkələrdə yaşayan həmin insanların Ukraynaya dönməsi, burada məskunlaşması və ölkənin yenidən qurulmasında iştirak etməsi zəruridir.
