Türkiyədə evlilik vədi ilə dələduzluq etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə Çanaqqala vilayətində baş verib. İddiaya görə, M.H. adlı Azərbaycan vətəndaşı televiziya proqramı vasitəsilə tanış olduğu Türkiyə vətəndaşı R.Y.-ni evlənmək vədi ilə aldadaraq ondan 800 min Türkiyə lirəsi alıb.
Məlumata əsasən, şübhəli şəxs daha sonra ölkədən çıxmağa cəhd edərkən Ərzurum şəhərində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
M.H. iyunun 24-də məhkəmənin qərarı ilə həbs edilib. Faktla bağlı aparılan araşdırmalar zamanı hadisədə vasitəçilik etdiyi müəyyən edilən K.T. adlı digər şübhəli də Çanaqqalanın Lapseki rayonunda saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
