Bakıda və Abşeron yarımadasında hazırda tozlu hava şəraiti müşahidə olunur. Avtomatik müşahidə stansiyalarından əldə edilən son məlumatlara əsasən, havada tozun konsentrasiyası normadan 1,4–1,7 dəfə yüksək qeydə alınıb.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, müşahidə olunan tozlu hava meteoroloji amillərlə bağlı lokal xarakter daşıyır.
Onun sözlərinə görə, bu gün səhər saatlarından etibarən əsən güclü şimal-qərb küləyi yer səthində formalaşmış toz kütlələrini ətraf ərazilərə yayaraq havada tozun artmasına səbəb olub.
Qurum rəsmisi əlavə edib ki, mövcud sinoptik vəziyyət nəzərə alınmaqla, tozlu hava şəraitinin sabah günorta saatlarınadək davam edəcəyi proqnozlaşdırılır.
