Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanladığı təbrikə görə təşəkkür edib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Zelenski bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Ukrayna lideri Azərbaycan Prezidentinə səmimi təbrikinə görə minnətdarlığını bildirib. O, Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyinin hər zaman qəti olduğunu vurğulayıb.
Zelenski qeyd edib ki, iki ölkə arasında illər ərzində sınaqdan çıxmış iqtisadi əməkdaşlığın genişləndirilməsi, energetika və təhlükəsizlik sahələrində yeni imkanların yaradılması, eləcə də qarşılıqlı dəstəyin davam etdirilməsi istiqamətində əməkdaşlıq aparılır.
Ukrayna Prezidenti əmin olduğunu bildirib ki, Azərbaycanla Ukrayna arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcək.
Zelenskidən İlham Əliyevə xüsusi mesaj
Şərh edilməmiş
