İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakı şəhərinin 7-ci mikrorayonunda yaşayan sakinlərin “Dərnəgül” metro stansiyasına gediş-gəlişinin rahatlaşdırılması məqsədilə ödənişsiz avtobuslar istifadəyə veriləcək.
Məlumata görə, bu məqsədlə 3 nömrəli müntəzəm marşrut xəttindən xüsusi avtobuslar ayrılacaq.
Avtobuslar Abay Kunanbayev küçəsindən “Dərnəgül” metro stansiyasına, eləcə də əks istiqamətdə hərəkət edəcək.
Sakinlər sözügedən avtobuslardan pulsuz istifadə edə biləcəklər.
