Azərbaycanın Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovun doğum günüdür.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, avqustun 14-də görkəmli sənətkarın 69 yaşı tamam olur.
Azərbaycan muğamının dünyada tanıdılmasında böyük xidmətləri olan Alim Qasımov özünəməxsus ifa tərzi və sənətkarlığı ilə milli musiqi mədəniyyətinin ən tanınmış simalarından birinə çevrilib.
Sənətkar uzun illər ərzində Azərbaycan muğamını beynəlxalq səviyyədə uğurla təmsil edib və yaradıcılığı ilə dünya musiqi ictimaiyyətinin diqqətini ölkəmizin zəngin musiqi irsinə yönəldib.
İlkinxeber.az olaraq Xalq artisti Alim Qasımovu doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.
