Hacıqabul rayonunun Udulu kəndində ölüm hadisəsi baş verib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, 1995-ci il təvəllüdlü İxtiyar Səmədovun meyiti yaşadığı evdə aşkarlanıb.
İlkin araşdırmalara görə, o, ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətdən həyatını itirib. Məlumata əsasən, İ.Səmədov çoban işləyib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir.
