By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Milyonluq dələduzluq işi: Bakıda şok hadisə – biri özünü öldürdü, digəri həbs edildi
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Hadisə > Milyonluq dələduzluq işi: Bakıda şok hadisə – biri özünü öldürdü, digəri həbs edildi
Hadisə

Milyonluq dələduzluq işi: Bakıda şok hadisə – biri özünü öldürdü, digəri həbs edildi

Lamiyə Turqay
Last updated: İyul 8, 2026 1:17 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Bakıda biznes adı altında milyonlarla manatlıq dələduzluq edən şəxslərdən biri intihar edib, digəri isə həbs olunub.

 

İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

 

Cinayət işinin materiallarına əsasən, 50 yaşlı Zaur Mövlamov tanışı Nizami Həsənovla əlbir olaraq iki nəfərin ümumilikdə 2 milyon 560 min manat pulunu mənimsəyib.

 

Zərərçəkmişlərdən əsasən Rasim Aslanov siqaret biznesinə sərmayə qoymaq və yüksək gəlir əldə etmək məqsədilə 2 milyon 430 min manat pul verib. Digər zərərçəkmiş Musa Əliyev isə eyni məqsədlə 110 min manat vəsait yatırıb. Bildirilir ki, onlar əvvəllər bu biznesdən qazanc əldə etsələr də, sonradan aldadıldıqlarını anlayıblar.

 

Zaur Mövlamov ifadəsində qeyd edib ki, əvvəlki dövrdə fəaliyyətləri gəlirli olub, məhsulları əsasən Dubaydan ucuz qiymətə alaraq Bakıda baha satıblar. Lakin sonradan işlərində problemlər yaranıb və yatırılan vəsaitlər itib. O, özünü tam təqsirli hesab etmədiyini, əsas təşkilatçının Nizami Həsənov olduğunu bildirib və özünü vasitəçi kimi təqdim edib.

 

İstintaq zamanı məlum olub ki, Nizami Həsənov cinayət işi araşdırılarkən özünü asaraq intihar edib. Mövlamov bildirib ki, hadisədən xəbər tutduqdan sonra dərhal Bilgəhdə yerləşən bağ evinə gedib və Nizaminin meyitini orada görüb.

 

Hadisədən sonra zərərçəkmişlərin şikayətləri əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar nəticəsində Zaur Mövlamov həbs edilib, Nizami Həsənov barəsindəki cinayət işi isə onun ölümü ilə əlaqədar xitam verilib.

 

Zərərçəkmiş şəxslər məhkəmədə çıxış edərək pullarının geri qaytarılmasını və təqsirləndirilən şəxsə ağır cəza verilməsini tələb ediblər.

 

Hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Zaur Mövlamovun təqsiri sübuta yetirilmiş hesab olunub. Məhkəmənin hökmünə əsasən, o, xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bundan əlavə, məhkəmə zərərçəkmişlərin mülki iddialarını da təmin edib və təqsirləndirilən şəxsin vurduğu maddi ziyanı tam şəkildə ödəməsi qərara alınıb.

Tovuza gedən ailə ağır qəzaya düşdü: ölənlər var
Bakı Tennis Akademiyasında faciə: 46 yaşlı kişi vəfat etdi
Sursatı evdə kəsmək istəyən fəhlə partlayışa səbəb oldu – bir nəfər ölüb
Maştağada güclü yanğın baş verib
Lənkəranda 5 uşaq anası ərini bıçaqlayıb
Share This Article
Facebook Email Print
Previous Article SOCAR prezidenti Zimbabve Milli Assambleyasının sədri ilə görüş keçirib
Next Article Kiberpolis “Any Unboxing” adlı dələduzluq piramidasını ifşa edib
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?