Bakının Maştağa qəsəbəsində güclü yanğın qeydə alınıb.
ilkinxeber.az xəbər verir ki, hadisə qəsəbə ərazisində baş verib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir.
Hadisənin səbəbləri və mümkün zərər barədə əlavə məlumat veriləcək.
