Ələt-Astara magistralında, 90-cı km məsafədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“ilkinxeber.az”ın əldə etdiyi məlumata görə, “Ford Transit” markalı yük avtomobili hərəkətdə olarkən “Mercedes” markalı yük avtomobilinə arxadan çırpılıb.
Qəza nəticəsində “Ford Transit”in sürücüsü, Masallı rayonu, Ərkivan qəsəbəsi sakini 1966-cı il təvəllüdlü Babayev Ələddin İmamverdi oğlu həyatını itirib
Hadisədə iştirak edən digər sürücü 1981– ci il təvəllüdlü Bakı sakini Ağayev Kəramət bəylər oğlunun vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır


