Bakının Xətai rayonunda quldurluq hadisəsi qeydə alınıb.
İlkinxeber.az xəbər verir ki, satıcı kimi çalışan şəxs polisə müraciət edərək marketə daxil olan naməlum şəxslərin ona zor tətbiq etdiyini və 350 manat dəyərində müxtəlif məhsulları ələ keçirdiklərini bildirib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Əliməmməd Mustafayev və 20 yaşlı Kamal Səfərli saxlanılıblar.
Qeyd edək ki, quldurluq anı marketin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Xətai rayonunda marketə basqın edən şəxslər saxlanılıb
Şərh edilməmiş
