Gürcüstanın Bolnisi rayonunun Dəmirli kəndində dəhşətli hadisə baş verib.
İlkinxeber.az xəbər verir ki, Azərbaycan vətəndaşı olan 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu Fərrux Əhmədova qayçı ilə xəsarət yetirib. Uşaq aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Məlumata görə, hadisədən sonra qadın özünə də bıçaqla çoxsaylı xəsarətlər yetirərək intihara cəhd edib.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan qadın barəsində Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.
Yerli mənbələrin məlumatına əsasən, qadının psixi problemlərinin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
