ABŞ-də keçirilən dünya çempionatının oyunlarını izləmək üçün yaradılmış azarkeş zonasında silahlı insident baş verib.
İLKİNxeber.az informasiya agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatının San Xose şəhərində, San Pedro meydanında qeydə alınıb.
İlkin məlumata əsasən, atışma nəticəsində bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Şəhər polisi bildirib ki, yaralının vəziyyəti ağırdır və onun həyatı üçün təhlükə qalmaqdadır.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır. Hüquq mühafizə orqanları insidenti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
