Kompüter Cinayətləri ilə Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən “Any Unboxing” adı altında fəaliyyət göstərən onlayn dələduzluq şəbəkəsinə qarşı xüsusi əməliyyat həyata keçirilib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, aparılan araşdırmalar zamanı 300-dən artıq vətəndaşın aldadıldığı, nəticədə ümumilikdə təxminən 2,5 milyon manat məbləğində maddi zərərin vurulduğu müəyyən olunub.
Əməliyyat tədbirləri çərçivəsində üç nəfər saxlanılıb, daha bir şəxs barəsində isə beynəlxalq axtarış elan edilib.
Fakt üzrə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
