By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Ali Məhkəmə azyaşlının cinayətə cəlb olunmasının meyarlarını açıqladı
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Ali Məhkəmə azyaşlının cinayətə cəlb olunmasının meyarlarını açıqladı
Ölkə

Ali Məhkəmə azyaşlının cinayətə cəlb olunmasının meyarlarını açıqladı

Lamiyə Turqay
Last updated: Sentyabr 15, 2026 9:26 səhər
By Lamiyə Turqay
3 Min Read
Share
SHARE

ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası yetkinlik yaşına çatmayan şəxslərin cinayətkar fəaliyyətə cəlb olunması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Məhkəmənin araşdırdığı işin hallarına əsasən, yetkinlik yaşına çatmayan şəxs əvvəllər götürdüyü mobil telefonu qaytarmaq bəhanəsi ilə zərərçəkmiş şəxsi görüşə çağırıb. Daha sonra yanında olan yetkin şəxsə zərərçəkmiş barədə məlumat verərək ondan pul alınmasını təklif edib.

Razılaşmadan sonra hər iki şəxs zərərçəkmişi təmirdə olan kafenin yaxınlığına aparıb. Burada zərərçəkmiş bıçaqla hədələnib, ona fiziki zor tətbiq olunub və pul, eləcə də digər əmlakı ələ keçirilib.

Aşağı instansiya məhkəmələri yetkin şəxsi quldurluq cinayəti ilə yanaşı, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməkdə də təqsirli bilərək məhkum ediblər. Məhkum isə kassasiya şikayətində yetkinlik yaşına çatmayan şəxsi cinayət törətməyə cəlb etmədiyini və buna görə də Cinayət Məcəlləsinin 170.3-cü maddəsi üzrə cinayət tərkibinin olmadığını bildirib.

Ali Məhkəmə qeyd edib ki, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxslə birlikdə cinayət törətməsi avtomatik olaraq onun həmin şəxsi cinayətkar fəaliyyətə cəlb etdiyi anlamına gəlmir.

Məhkəmənin mövqeyinə görə, belə məsuliyyətin yaranması üçün yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxsi cinayət törətməyə sövq edən konkret hərəkətlərinin olması sübuta yetirilməlidir. Bu təsir aldatma, vəd vermə, hədə-qorxu, zor tətbiqi və ya zor tətbiq etmə hədəsi formasında həyata keçirilə bilər.

Başqa sözlə, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxsdə cinayət törətmək niyyəti və qətiyyəti yaratmağa yönəlmiş fiziki və ya psixoloji təsiri müəyyən edilməlidir. Belə təsir sübuta yetirilmədiyi halda, cinayətin yetkin və yetkinlik yaşına çatmayan şəxslər tərəfindən birlikdə törədilməsi Cinayət Məcəlləsinin 170-ci maddəsinin tətbiqi üçün kifayət hesab olunmur.

İş üzrə araşdırma zamanı Ali Məhkəmə müəyyən edib ki, yetkin şəxs yetkinlik yaşına çatmayan tanışını cinayət törətməyə sövq etməyib. Onun tərəfindən aldatma, qazanc və ya digər vədlər, hədə-qorxu, zor tətbiqi və ya zor tətbiq etmə hədəsi barədə sübut əldə edilməyib.

Əksinə, iş materialları göstərib ki, zərərçəkmişdən pul alınmasını təklif edən, onu mobil telefonu qaytarmaq adı ilə görüşə çağıran və quldurluğun həyata keçirilməsi təşəbbüsünü irəli sürən məhz yetkinlik yaşına çatmayan şəxs olub.

Bu halları nəzərə alan Ali Məhkəmə hesab edib ki, məhkumun yetkinlik yaşına çatmayan şəxsi qanunda nəzərdə tutulan üsullardan hər hansı biri ilə cinayətkar fəaliyyətə cəlb etməsi təsdiqini tapmayıb. Bu səbəbdən onun əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığı qənaətinə gəlinib.

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul edib
DİM-dən vacib elan: 21 iyunda təkrar imtahan keçiriləcək
DİM-dən abituriyentlərə İXTİSAS SEÇİMİ ilə bağlı xəbərdarlıq
Ruslan Eyyubovun həbs qətimkan tədbiri dəyişdirildi – ev dustaqlığına buraxıldı
Rəşad Qənbərli belə xatırlandı. VİDEO
Share This Article
Facebook Email Print
Previous Article Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib
Next Article Sentyabrın 16-sı üçün hava PROQNOZU
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?