Bakıda yerləşən ticarət mərkəzlərindən birində bədbəxt hadisə baş verib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzində qeydə alınıb.
Məlumata görə, obyektin əməkdaşlarından biri liftin şaxtasına düşüb. Yaralı dərhal özəl klinikalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
