Beyləqan rayonunda gənc oğlanın kanalda batması ilə bağlı hadisə qeydə alınıb.
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə rayonun Birinci Şahsevən kəndi ərazisindən keçən “Yeni Xan qızı” adlı beton kanalda baş verib. Belə ki, Beyləqan sakini, 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədov çimərkən suda boğulub.
Hazırda gəncin meyitinin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Bildirilir ki, Amin Əhmədovun batdığı ehtimal edilən istiqamətlər üzrə intensiv axtarışlar davam edir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi qeyd olunur.
