Bakının bütün inzibati rayonlarını əhatə edən genişmiqyaslı yol təmir proqramı icra olunur.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlama yayıb.
Məlumata əsasən, proqram çərçivəsində ümumilikdə 835 min 912 kvadratmetr yol sahəsinin yenilənməsi nəzərdə tutulur.
Qeyd olunub ki, hazırda 18 küçə və prospektdə təmir işləri artıq yekunlaşıb, daha 8 ünvanda isə işlər davam etdirilir. Digər küçə və prospektlərdə təmir-bərpa işlərinin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
