İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarının fəaliyyətində problem yaranıb.
Hazırda Nazirlər Kabinetinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin, Səhiyyə Nazirliyinin və digər dövlət qurumlarının rəsmi internet resurslarına daxil olmaq mümkün deyil.
Problemin yaranma səbəbi və nə zaman aradan qaldırılacağı barədə hələlik rəsmi açıqlama verilməyib.
