22 iyundan 25 iyunadək Pirəkəşkül qəsəbəsi yaxınlığında yerləşən poliqonda istismar müddəti bitmiş və istifadəyə yararsız döyüş sursatlarının məhv edilməsi üzrə təhlükəsizlik qaydalarına uyğun tədbirlər həyata keçiriləcək.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, bu barədə Müdafiə Nazirliyi açıqlama verib.
Qeyd olunub ki, proses zamanı eşidilə biləcək partlayış səsləri ilə bağlı əhalinin narahat olmasına əsas yoxdur və təşvişə düşməmələri xahiş edilir.
