İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ləğv edilib.
Bildirilib ki, istehlakçıların tikinti obyektlərinin qaz təchizatı ilə bağlı qaz satıcısı ilə alqı-satqı müqaviləsinin bağlanması “ASAN Kommunal” mərkəzləri fəaliyyət göstərməyən regionlarda, həmin mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək.
Eyni zamanda, Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən prosedurların təşkili tam təmin edilənədək, nəzərdə tutulan xidmətlər birbaşa, poçt və ya elektron poçt vasitəsilə icra olunacaq.
