Sumqayıt şəhərinin Sülh prospektində yerləşən işıqforun eyni anda həm qırmızı, həm də yaşıl işıq göstərməsi sürücülərin çaşqınlığına səbəb olub.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, işıqforda qırmızı işıqla yanaşı, düzünə, sağa və sola hərəkətə icazə verən yaşıl işıq da eyni vaxtda yanıb.
Sürücülərdən bəziləri vəziyyətin işıqforda yaranan texniki nasazlıqla bağlı olduğunu bildiriblər. Hadisənin nə qədər müddətdir davam etdiyi və problemin aradan qaldırılıb-qaldırılmadığı barədə məlumat yoxdur.
