6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyətin olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.
TƏBİB-dən bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir. Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan ərazi isə hazırda istifadə olunmur və xəstəxananın fəaliyyət zonasına daxil deyil.
Qurumun açıqlamasında qeyd olunub ki, həmin hissədən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmirlər.
Beləliklə, TƏBİB görüntülərdə əks olunan vəziyyətin xəstəxananın hazırda fəaliyyət göstərən hissəsinə aid olmadığını bildirib.
