Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit və küləkli hava şəraitinin müşahidə olunması ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb. Əmək normaları çərçivəsində işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Qurumun məlumatına görə, bütün istehsalat sahələrində əməkdaşlar maarifləndirilir və mövcud vəziyyət daim nəzarətdə saxlanılır.
