By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Vəzifəli şəxslərin gəlirlərinə yeni məhdudiyyətlər təklif olunur
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Vəzifəli şəxslərin gəlirlərinə yeni məhdudiyyətlər təklif olunur
Ölkə

Vəzifəli şəxslərin gəlirlərinə yeni məhdudiyyətlər təklif olunur

Lamiyə Turqay
Last updated: Oktyabr 28, 2026 10:23 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, “Maraqlar toqquşması haqqında” qanun layihəsində vəzifəli şəxslərin gəlir əldə etməsi, sahibkarlıq fəaliyyəti və hüquqi şəxslərin idarəetməsində iştirakı ilə bağlı bir sıra məhdudiyyətlər nəzərdə tutulub.

Layihəyə əsasən, vəzifəli şəxslər4 vergidən azad və ya güzəştli vergi rejiminin tətbiq olunduğu ərazilərdə və ya “Kraudfandinq haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində göstərilən dövlətlərdə və ərazilərdə yerləşən, yaxud qeydiyyata alınmış emitentlərin qiymətli kağızlarından gəlir götürə bilməyəcəklər.

Sənəddə dövlət və ya bələdiyyəni hüquqi şəxslərin idarəetmə orqanlarında təmsil edən vəzifəli şəxslər üçün də qadağalar müəyyənləşdirilir. Belə şəxslərin təmsil etdikləri hüquqi şəxsdən və onun idarəetmə orqanlarının üzvlərindən hədiyyə qəbul etməsi, həmin hüquqi şəxsin payını, səhmini, əmlakını və ya əmlak hüquqlarını əldə etməsi, eləcə də orada ödənişli vəzifə tutması qadağan ediləcək.

Qeyd olunan məhdudiyyətlər nümayəndəlik funksiyasına xitam verildikdən sonra iki il ərzində də qüvvədə qalacaq.
Layihəyə görə, vəzifəli şəxslər birbaşa, başqa şəxslər və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.
Bununla yanaşı, qanunvericiliyə uyğun olaraq, sahibkarlıq və digər ödənişli fəaliyyət göstərmədən, həmçinin xidməti vəzifələrinin icrası ilə əlaqədar olmamaq şərtilə əmanətlərdən, qiymətli kağızlardan, rentadan, royaltilərdən və icarədən gəlir əldə etməyə icazə veriləcək.

Vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası zamanı əldə etdikləri ictimaiyyətə açıqlanmayan insayder məlumatlarından istifadə etməklə qiymətli kağızlarla əməliyyat aparmaq, yaxud maddi və digər üstünlüklər əldə etməyə yönəlmiş fəaliyyət göstərmək də qadağan ediləcək.
Eyni zamanda, dövlət və ya bələdiyyəni hüquqi şəxslərin idarəetmə orqanlarında təmsil etmə halları istisna olmaqla, vəzifəli şəxslərin sahibkarlıq subyektlərinin idarəetmə və təftiş orqanlarında təmsil olunmasına məhdudiyyət qoyulması nəzərdə tutulur.

Qeyd: Mətn qanun layihəsində nəzərdə tutulan müddəalar əsasında hazırlanıb; onların qüvvəyə minməsi layihənin qəbul olunmasından və qanunvericiliklə müəyyən edilmiş prosedurlardan asılıdır.

Bakı–Balakən qatar reyslərində müvəqqəti dəyişiklik
İlkin Şakiroğlu təqdim edir: Şəhid Kərbəlayı Əkbər Azər oğlu Hüseynli
Azərbaycandan qaçan generalın oğlu xaricdə həbs edildi
Məhkəmə kibercinayət dəstəsi ilə bağlı hökm çıxardı
“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
Share This Article
Facebook Email Print
Previous Article Rusiya nüvə sualtı qayığından “Bulava” raketini sınaqdan keçirib, VİDEO
Next Article 2027-ci ildə yaşayış minimumu 314 manat olacaq
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?