İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, 2027-ci il üçün Azərbaycanda yaşayış minimumunun məbləğinin artırılması təklif olunur.
Təklifə əsasən, yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyən ediləcək.
Eyni zamanda, ehtiyac meyarının həddinin 314 manat olması nəzərdə tutulur.
Qeyd edək ki, 2026-cı ildə yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat təşkil edir.
Beləliklə, təklif qəbul olunarsa, 2027-ci ildə ölkə üzrə yaşayış minimumu 14 manat artacaq.
