Müdafiə Nazirliyi hərbi qulluqçularla telefon danışığı zamanı diqqət edilməli məqamlarla bağlı vətəndaşlara müraciət edib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bununla bağlı nazirlik tərəfindən xüsusi videoçarx hazırlanaraq ictimaiyyətə təqdim olunub.
Videoçarxda Azərbaycan Ordusunun şərti sərhəd bölgələrində, xüsusilə sərt iqlim şəraitində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçularla telefon əlaqəsi zamanı diqqət yetirilməli vacib məsələlər ətraflı şəkildə izah edilir.
Qeyd olunur ki, bu cür hallarda vətəndaşlar məsuliyyətli davranmalı, təhlükəsizlik və məxfilik qaydalarına ciddi əməl etməlidirlər.
Ətraflı məlumatı təqdim olunan videoçarx vasitəsilə əldə etmək mümkündür.
