Azərbaycanın tanınmış hərbçisi, general-mayor İsgəndər Allahverdiyevlə vida mərasimi keçirilib.
Mərasimdə hərbçilər, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimində İsgəndər Allahverdiyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində xidmətləri qeyd olunub. General-mayorun xatirəsi ehtiramla yad edilib, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
İsgəndər Allahverdiyev 1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə ona general-mayor ali hərbi rütbəsi verilib.
Həmin ildən etibarən Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin müavini və Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı vəzifələrində fəaliyyət göstərib. 1992-1994-cü illərdə Azərbaycan sərhəd xidmətinin formalaşması və təşəkkülü prosesində mühüm xidmətlər göstərib.
“ilkinxeber.az” informasiya agentliyi olaraq general-mayor İsgəndər Allahverdiyevin vəfatı ilə əlaqədar doğmalarına, ailə üzvlərinə və hərbçi yoldaşlarına dərin hüznlə başsağlığı veririk.
