İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda təbii ehtiyatların dövlət-özəl tərəfdaşlığı çərçivəsində iqtisadi dövriyyəyə cəlb edilməsi və xammal bazasına əsaslanan yeni “ağıllı” biznes modellərinin yaradılması hədəflənir.
Bildirilib ki, ölkə bu istiqamətdə mühüm xammal potensialına malikdir. Aparılan geoloji axtarış və kəşfiyyat işləri nəticəsində Azərbaycanda 1 000-dən çox faydalı qazıntı yatağı qeydiyyata alınıb.
Xüsusilə Kiçik Qafqaz, Naxçıvan və Balakən-Zaqatala bölgələrində müəyyən edilən metal filizi yataqları kritik mineral xammal potensialının qiymətləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Qeyd edilib ki, Filizçay, Xarxar, Göydağ və Dəmirli yataqları müxtəlif öyrənilmə və işlənmə mərhələsindədir. Bu səbəbdən hər bir layihəyə ayrıca elmi və iqtisadi yanaşmanın tətbiqi nəzərdə tutulur.
Azərbaycanda 1 000-dən çox faydalı qazıntı yatağı
Şərh edilməmiş
