İdarə rəisinin sözlərinə görə, hazırda Daxili İşlər, Ədliyyə və Kənd Təsərrüfatı nazirliklərində müxtəlif sahələrdə istifadə edilə biləcək süni intellekt həlləri üzərində iş aparılır. Bir sıra dövlət qurumları isə bu texnologiyaları artıq tətbiq edir və ya tətbiqinə hazırlaşır.
O, həmçinin İqtisadiyyat Nazirliyində superkompüterlərin quraşdırılaraq dövlət qurumlarının istifadəsinə verildiyini bildirib. Bundan başqa, “AzInTelecom”da da superkompüterlərin quraşdırılması istiqamətində işlərin aparıldığı və müxtəlif qurumların bu imkanlardan yararlandığı qeyd olunub.
