ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Yaponiyada həyata keçirilən radiokarbon analizləri bu ərazidə 1263–1288-ci illər arasında insan fəaliyyətinin mövcud olduğunu elmi şəkildə təsdiqləyib.
Aparılan tədqiqatların nəticələrinə əsasən müəyyən olunub ki, sözügedən ərazi XIII əsrdən XIX əsrin əvvəllərinədək fasiləsiz olaraq yaşayış və inzibati mərkəz kimi istifadə edilib.
Alimlərin fikrincə, Şəki Xan Sarayı da məhz əsrlər boyu strateji və sosial əhəmiyyətini qoruyan qədim yaşayış məskəninin üzərində inşa olunub.

