Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, proses hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutub.
İclas zamanı təqsirləndirilən şəxs Saleh Səmədov ifadə verib və özünü qismən təqsirli bildiyini qeyd edib.
Məhkəmənin növbəti iclası iyulun 1-nə təyin olunub.
Qeyd edək ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən ilin may ayında İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
