ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiqlənib. Sənədin icrasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlaqələndirəcək və ildə bir dəfə hesabat təqdim edəcək.
Plana əsasən, regionlarda, xüsusilə gənclər üçün onlayn və hibrid təlimlər təşkil olunacaq. Məqsəd işaxtaranların bacarıqlarını artırmaq və məşğulluq səviyyəsini yüksəltməkdir.
Eyni zamanda, çevik iş rejiminin tətbiqi genişləndiriləcək. Bu yanaşma iş və şəxsi həyat balansını yaxşılaşdırmaqla yanaşı, əmək məhsuldarlığını artırmağa xidmət edəcək.
Sənəddə ümumilikdə 50 tədbir nəzərdə tutulur. Buraya kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluğun azaldılması və peşə bacarıqlarının inkişafı daxildir.
Fermerlərlə bağlı isə əsas yeniliklərdən biri məhsulların saxlanması və satışında mövcud problemlərin həlli, logistika xərclərinin azaldılması və daha əlverişli satış imkanlarının yaradılmasıdır. Bu tədbirlərin icrası kənd təsərrüfatı ilə məşğul olanların gəlirlərinin artmasına şərait yarada bilər.
Məşğulluqla bağlı 2030 hədəfləri – Fermerlər üçün hansı yeniliklər olacaq?
Şərh edilməmiş
