By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: 2027-ci il imtahanlarının proqramı necə olacaq?
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > 2027-ci il imtahanlarının proqramı necə olacaq?
Ölkə

2027-ci il imtahanlarının proqramı necə olacaq?

Lamiyə Turqay
Last updated: Sentyabr 8, 2026 9:59 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının proqramlarında ciddi dəyişiklik nəzərdə tutulmur.

ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 9 və 11-ci siniflər üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşmaq üzrədir. Proqramların yaxın günlərdə DİM-in rəsmi internet səhifəsində dərc ediləcəyi gözlənilir.

Məleykə Abbaszadə bildirib ki, proqramlar hazırlanarkən cari tədris ilində istifadə olunan dərsliklər, fənn kurikulumları və məzmun standartları təhlil edilib. Nəticədə proqramların məzmununda ciddi dəyişiklik aparılmayıb, yalnız redaktə xarakterli düzəlişlər edilib.

DİM sədri yeni dərsliklərlə bağlı da açıqlama verib. O qeyd edib ki, yeni nəşrlərdə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar və kibertəhlükəsizlik kimi mövzulara daha çox yer verilib. Bununla yanaşı, problem həlli, tədqiqat, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına diqqət artırılıb.

Lakin 2027-ci ildə 11-ci sinifdə təhsil alan şagirdlərin bu yeni dərsliklər üzrə təhsil almadığı nəzərə alınaraq, həmin nəşrlərdəki yeni materiallar imtahan proqramlarına daxil edilməyəcək.

İmtahan modelində hansı dəyişiklik olacaq?

2027-ci ildə 9-cu sinif üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model qüvvədə qalacaq.

11-ci sinif üzrə buraxılış imtahanında isə yalnız xarici dil fənni üzrə dəyişiklik ediləcək. Şagirdlərin yazı bacarığının yoxlanılması üçün yeni tapşırıq formasından istifadə olunacaq. Onlardan verilmiş sual və ya fikir əsasında öz düşüncələrini ifadə edən kiçikhəcmli mətn yazmaları tələb ediləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelində isə dəyişiklik olmayacaq. 2026-cı ildə tətbiq edilən model 2027-ci ildə də qüvvədə qalacaq.

DİM sədri şagird və valideynlərə imtahanlara hazırlıq zamanı qeyri-rəsmi məlumatlara deyil, Mərkəz tərəfindən açıqlanacaq rəsmi proqramlara əsaslanmağı tövsiyə edib.

TƏBİB-də yeni təyinat
Ofeliya Sənani xəstəxanaya yerləşdirilib
Ərkivanda qaz xətti zədələnib, təchizat müvəqqəti dayandırılıb
Sabiq baş konsula qarşı ağır ittiham
Azərbaycan İsrailin qərarına etiraz etdi
Share This Article
Facebook Email Print
Previous Article Tovuza gedən ailə ağır qəzaya düşdü: ölənlər var
Next Article Xəzərin gələcəyi ilə bağlı mühüm təklif
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?