Masallı rayonunun Ərkivan qəsəbəsində qaz xəttinin zədələnməsi səbəbindən ərazinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılıb.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə iyunun 29-u saat 10:50-də müvafiq qurum tərəfindən aparılan qazıntı işləri zamanı baş verib. Qaz xəttində yaranmış zədələnmə ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi və qəzanın aradan qaldırılması məqsədilə Ərkivan qəsəbəsinin bir hissəsinə qaz verilişi müvəqqəti dayandırılıb.
Hazırda bərpa işləri davam etdirilir.
