İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, yeni tədris ili ərəfəsində məktəblərin ətrafında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Aparılan yoxlamalar zamanı yol xətlərinin vəziyyəti, aşkar edilən çatışmazlıqlar və onların aradan qaldırılması istiqamətində işlər diqqətdə saxlanılır.
Bununla yanaşı, təhsil müəssisələrinin qarşısındakı piyada keçidləri, yol nişanları və digər texniki vasitələrin vəziyyəti də yoxlanılır.
Görülən tədbirlərin əsas məqsədi yeni dərs ili başlayarkən şagirdlərin məktəbə gedib-gəlməsinin təhlükəsizliyini təmin etmək, eləcə də təhsil müəssisələrinin ətrafında yol hərəkətinin daha təhlükəsiz və nizamlı təşkilinə nail olmaqdır.
