Biləcəri istiqamətində aparılan təmir işləri ilə əlaqədar bağlanan yolun sentyabrın 7-də səhər saatlarından etibarən nəqliyyatın hərəkəti üçün açılması planlaşdırılır.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində aparılan təmir işlərinin bir hissəsi artıq başa çatdırılıb.
Hazırda “Şamaxinka” ərazisindən Sumqayıt istiqamətində hərəkət bərpa olunub. Biləcəri istiqamətində isə təmir işləri davam edir.
A.Nəcəfli bildirib ki, işlərin sentyabrın 7-si səhər saatlarınadək yekunlaşdırılması və həmin istiqamətdə nəqliyyatın hərəkətinin bərpa edilməsi nəzərdə tutulur.
