Rusiya Silahlı Qüvvələri Ukrayna hərbçilərinə təslim olmaq çağırışı ilə yeni təbliğat üsulundan istifadə etməyə başlayıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “Mərkəz” qoşun qruplaşmasının PUA bölmələri “Molniya-2” pilotsuz uçuş aparatları vasitəsilə Ukrayna hərbçilərinin mövqelərinə təslim olmaq çağırışlarının yer aldığı vərəqələr atır.
Məlumata əsasən, bu əməliyyatlar Donetsk vilayətinin Dobropolye istiqamətində həyata keçirilir.
Rusiya tərəfinin yaydığı videoda hərbçi bildirib ki, Ukrayna hərbçiləri çağırışlara reaksiya verir və könüllü təslimolma hallarının artdığı iddia olunur.
Qeyd edək ki, bu məlumat Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və Ukrayna tərəfi tərəfindən müstəqil şəkildə təsdiqlənməyib.
