İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 11A sinfi 2025–2026-cı tədris ili üzrə qəbul imtahanlarında yüksək nəticələri ilə diqqət çəkib.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin məlumatına görə, sinfin 17 məzunu 500-dən, 13 məzunu isə 600-dən yüksək bal toplayıb. Məzunlardan 13-ü Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına qəbul olub.
Sinfin ən yüksək nəticəsini Tağızadə Samir göstərərək mümkün maksimal nəticə olan 700 bal toplayıb.
Digər yüksək nəticə göstərən məzunlar arasında Mursaquliyeva İnci Rəsul qızı – 690,2, Fərhadova Aysel Elnur qızı – 682,6, Nağıyev Hüseyn Samir oğlu – 682, Tahirzadə Amin Pərviz oğlu – 679,1 və Səfizadə Rüqiyyəxanım Fərid qızı – 675,4 bal nəticə göstəriblər.
Bununla yanaşı, sinfin uğurları yalnız qəbul imtahanları ilə məhdudlaşmayıb. Əliyev İlham Ramil oğlu, Tağızadə Hüseyn Qasım oğlu və Tarverdi Davud Mahmud oğlu fənn olimpiadalarında əldə etdikləri nəticələrə görə müsabiqədənkənar qəbul hüququ qazanıblar.
Qeyd edək ki, 11A sinfinin yüksək nəticələri şagirdlərin hazırlıq səviyyəsini və gimnaziyada təhsilə verilən önəmi bir daha nümayiş etdirib.
