“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski komandadan ayrılır.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, 26 yaşlı qolkiper Misli Premyer Liqasının 4-cü turunda “Araz-Naxçıvan”la keçirilən qarşılaşmadan sonra azarkeşlərlə vidalaşıb.
Koxalski karyerasını Polşada davam etdirəcək. Onun “Qarabağ”dan ayrılması ilə bağlı rəsmi açıqlamanın yaxın zamanda veriləcəyi gözlənilir.
Qeyd edək ki, “Qarabağ” sözügedən matçda “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub edib.
