Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı sabah başa çatacaq.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, universitetlərə qəbul olunan şəxslərin qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir.
Qeydiyyatdan keçməyən və qəbul olduğu təhsil müəssisəsi tərəfindən təsdiqlənməyən şəxslər qəbul olunanların siyahısından xaric edilə bilərlər.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatına avqustun 28-də saat 11:00-dan başlanılıb.
Universitetlərə qeydiyyat başa çatır
Şərh edilməmiş
