Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Argentina və Misir yığmaları üz-üzə gəlir.
İlkinxeber.az İnformasiya Agentliyi məlumat verir ki, Atlanta stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi Misir millisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Matçda hesab 15-ci dəqiqədə açılıb. Misir yığmasının futbolçusu Yasser İbrahim başla dəqiq zərbə vuraraq komandasını önə keçirib.
Qarşılaşmanın 21-ci dəqiqəsində Argentina millisinin kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun zərbəsini Misir yığmasının qapıçısı Mustafa Şubir dəf edib.
Qeyd edək ki, qarşılaşmanı fransalı FIFA referisi Fransua Leteksye idarə edir.
