Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ilə bağlı açıqlama verildi
Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, Mərkəzi Klinikadan verilən məlumata əsasən, şairin vəziyyəti ağır stabil olaraq qalır.
Bildirilib ki, Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə qəbul edilib. Hazırda onun həkim nəzarəti altında kompleks müalicəsi davam etdirilir.
Qeyd edək ki, Xalq şairi iyunun 26-da səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinikaya yerləşdirilib.
