Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində rəhbər vəzifədə çalışan Şahin Hüseynli vəzifəsindən azad edilib.
“ilkinxeber.az” informasiya agentliyinin əldə etdiyi məlumata görə, Şahin Hüseynli öz ərizəsi əsasında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini və Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən ayrılıb.
Şahin Hüseynli bu vəzifələrə 2025-ci ildə təyin edilmişdi.
Məlumata görə, o, yeni vəzifəyə təyinat alıb. Şahin Hüseynli “Azərkosmos”da Yer səthinin müşahidəsi üzrə kommersiya həlləri şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Şahin Hüseynli Aqrar Xidmətlər Agentliyindən ayrıldı
Şərh edilməmiş
