İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, 16 iyun 2026-cı il tarixində dünyaya gələn qız körpə ağır gedişli suçiçəyi və xəstəliyin yaratdığı fəsadlar səbəbindən avqustun 31-də xəstəxanaya yerləşdirilib.
Körpənin vəziyyəti ağır qiymətləndirilib. Onun bədənində geniş yayılmış səpgilər və nekrotik dəyişikliklər müşahidə olunub, eyni zamanda ağır tənəffüs çatışmazlığı inkişaf edib.
Körpə süni tənəffüs aparatına qoşularaq intensiv terapiya şöbəsində müalicəyə alınıb. Həkimlərin uzunmüddətli və intensiv müalicəsi nəticəsində onun vəziyyəti stabilləşib.
Müalicə prosesinin müsbət nəticələnməsindən sonra körpə sentyabrın 12-də xəstəxanadan evə buraxılıb.
Bakıda 12 gün komada qalan körpə xilas edilib
Şərh edilməmiş
