İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması ilk dəfə 2022-ci ildə tətbiq edilib. Bu müddətdən sonra ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sayında azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022/2023-cü tədris ilinin əvvəlində ölkə məktəblərində 151,6 min müəllim çalışıb. 2023/2024-cü tədris ilində bu rəqəm 150,9 minə, 2024/2025-ci ildə isə 146,4 minə enib.
Elm və Təhsil Nazirliyinin 2025/2026-cı tədris ili üzrə açıqlamasında isə ölkə üzrə müəllim heyətinin 130 mindən çox olduğu bildirilib.
Beləliklə, son illərdə göstəricilər belə dəyişib:
2022/2023: 151,6 min
2023/2024: 150,9 min
2024/2025: 146,4 min
2025/2026: 130 mindən çox
Sertifikatlaşdırmadan sonra müəllimlərin sayı kəskin azaldı
Şərh edilməmiş
