İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiqlənmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” ilə bağlı dəyişiklik haqqında qərar imzalayıb.
Yeni dəyişikliyə əsasən, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlər zamanı məktəbin Pedaqoji Şurasının qərarı ilə şagirdlərin milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə etməsinə icazə veriləcək.
Qərara əsasən, valideynlər və digər qanuni nümayəndələr övladlarının, eləcə də qəyyumluğunda və ya himayəsində olan şəxslərin məktəb geyim forması ilə bağlı müəyyən edilmiş tələblərə əməl etməsini təmin etməlidirlər.
Geyim forması ilə bağlı tələblərə şagirdlərin riayət etməsi məsələləri isə məktəbin Pedaqoji Şurası tərəfindən həll olunacaq.
Sənəd qəbul edildiyi tarixdən etibarən 5 iş günü ərzində məktəbin rəsmi internet səhifəsində və ya məlumat lövhəsində yerləşdirilməlidir.
Məktəblərdə milli geyimlərdən istifadəyə icazə verildi
Şərh edilməmiş
