İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, şagirdlərin elektron yerdəyişməsi prosesinə noyabrın 4-dən başlanılacaq.
Belə ki, 4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi aktivləşdiriləcək.
5 noyabr 2026-cı il saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi mümkün olacaq.
Valideynlər övladlarının digər təhsil müəssisəsinə köçürülməsi ilə bağlı müraciətlərini müvafiq elektron sistem vasitəsilə həyata keçirə biləcəklər.
