İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, “Sədərək” Ticarət Mərkəzində çalışan hicablı xanımların işdən çıxarılacağı ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.
Paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələrinin bildirildiyi qeyd olunub.
Məsələ ilə bağlı açıqlama verən “Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim iddiaların əsassız olduğunu bildirib.
O qeyd edib ki, Azərbaycanda hicabla bağlı hər hansı qadağa yoxdur və ticarət mərkəzində hicablı xanımlara münasibətdə heç bir məhdudiyyət tətbiq edilməyib.
Mətbuat katibinin sözlərinə görə, ticarət mərkəzində sahibkarlar müstəqil fəaliyyət göstərirlər və hicablı şəxslərin mərkəzə buraxılmaması ilə bağlı hər hansı göstəriş verilməyib.
Kəmaləddin Qədim yayılan məlumatları yalan adlandıraraq, ticarət mərkəzində çoxsaylı hicablı xanımların fəaliyyət göstərdiyini vurğulayıb.
