İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün iştirakçılarına müraciət ünvanlayıb.
Prezidentin müraciətini Azərbaycanın Baş prokuroru Kamran Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Görüş İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyır.
